Aşağıda Almaniya standartlarına uyğun CV-nin necə hazırlanmalı olduğu haqqında ətraflı məlumat verilmişdir. Əgər CV və Motivasiya məktubunu sizin yerinizə professional şəkildə hazırlanmasını istəyirsinizsə, bu xidmət ödənişlidir. CV və Motivasiya məktubuv Almaniyada istifadə olunan format və tələblərə uyğun şəkildə hazırlanır.


Almaniyada professional CV və motivasiya məktubu hazırlamaq

Almaniyada işə, Ausbildung proqramına və ya universitetə müraciət edərkən ən vacib sənədlərdən ikisi CV (Lebenslauf)motivasiya məktubudur (Motivationsschreiben və ya Bewerbungsschreiben). Bu sənədlər işəgötürənin və ya universitetin sizi ilk dəfə tanıdığı sənədlərdir. Ona görə də onların düzgün və professional hazırlanması çox vacibdir.


CV (Lebenslauf) nədir

CV sizin təhsiliniz, iş təcrübəniz, bacarıqlarınız və şəxsi məlumatlarınız haqqında qısa və sistemli məlumat verən sənəddir. Almaniyada CV çox sadə, aydın və strukturlaşdırılmış formada hazırlanmalıdır.


Almaniyada CV necə hazırlanmalıdır

Almaniyada CV hazırlayarkən bəzi xüsusi qaydalara diqqət etmək lazımdır. CV adətən 1 və ya maksimum 2 səhifə olur. Məlumatlar qısa, aydın və ardıcıllıqla yazılmalıdır.

CV-də adətən bu bölmələr olur:

Şəxsi məlumatlar (Ad, soyad, doğum tarixi, vətəndaşlıq, telefon, e-mail)
Təhsil məlumatları
İş təcrübəsi
Dil bilikləri
Komputer və digər bacarıqlar
Əlavə sertifikatlar və kurslar

Almaniyada CV-də məlumatlar adətən ən son təcrübədən başlayaraq geriyə doğru yazılır.


CV-də foto olmalıdırmı

Almaniyada CV-də foto yerləşdirmək məcburi deyil, amma çox hallarda tövsiyə olunur. Foto professional olmalı, rəsmi görünməli və aydın çəkilmiş olmalıdır.


CV hazırlayarkən diqqət ediləcək əsas məqamlar

CV-də səhvlərin olmaması çox vacibdir. Orfoqrafik səhvlər və qarışıq məlumatlar işəgötürəndə mənfi təsir yarada bilər. Məlumatlar qısa və konkret yazılmalıdır. Lazımsız və uzun izahlardan qaçmaq lazımdır.

CV-də istifadə olunan dil də çox önəmlidir. Əgər iş Almaniyadadırsa, CV mümkün qədər alman dilində hazırlanmalıdır.


Motivasiya məktubu nədir

Motivasiya məktubu işəgötürənə və ya universitetə niyə məhz həmin vəzifə və ya proqram üçün müraciət etdiyinizi izah edən sənəddir. Bu məktubda sizin məqsədiniz, motivasiyanız və həmin sahəyə olan marağınız göstərilir.


Motivasiya məktubu necə yazılmalıdır

Motivasiya məktubu adətən 1 səhifədən ibarət olur. Məktub çox uzun olmamalı və əsas fikirlər aydın şəkildə izah edilməlidir.

Motivasiya məktubu adətən bu hissələrdən ibarət olur:

Giriş hissəsi
Niyə bu işə və ya proqramına müraciət etdiyiniz
Sizin bacarıqlarınız və təcrübəniz
Niyə məhz bu şirkəti və ya universiteti seçdiyiniz
Qısa nəticə və təşəkkür


Motivasiya məktubunda nələrə diqqət etmək lazımdır

Motivasiya məktubu hər müraciət üçün ayrıca hazırlanmalıdır. Eyni məktubu bütün yerlərə göndərmək tövsiyə edilmir. Məktub konkret işə və ya proqramına uyğun yazılmalıdır.

Məktub səmimi, professional və aydın olmalıdır. Çox mürəkkəb və ya uzun cümlələrdən istifadə etmək lazım deyil.


Ən çox edilən səhvlər

Bir çox insan CV və motivasiya məktubu hazırlayarkən bəzi səhvlər edir. Ən çox rast gəlinən səhvlər bunlardır:

Çox uzun CV yazmaq
Məlumatları qarışıq təqdim etmək
Dil səhvləri etmək
Motivasiya məktubunu hər yerə eyni göndərmək
Professional foto istifadə etməmək

Bu səhvlər işə qəbul şansını azalda bilər.

Bu sizin yeni siteniz mi? Yönetici özelliklerini etkinleştirmek ve bu mesajı kapatmak için oturum açın
Giriş