İş vizası nədir

İş vizası Almaniyada rəsmi şəkildə işləmək istəyən xarici vətəndaşlara verilən icazədir. Bu viza ilə Almaniyaya gedərək orada qanuni şəkildə işləmək və yaşamaq mümkündür. İş vizası adətən Almaniyada fəaliyyət göstərən bir şirkətdən rəsmi iş müqaviləsi aldıqdan sonra verilir. Yəni əvvəlcə iş tapılır, daha sonra həmin müqavilə ilə viza üçün müraciət edilir.


İş vizası kimlər üçündür

İş vizası əsasən Almaniyada işləmək istəyən ixtisaslı şəxslər üçün nəzərdə tutulub. Bu həm ali təhsili olan şəxslər, həm də peşə təhsili olan insanlar üçün mümkündür. Məsələn texniki sahələrdə çalışanlar, tibb sahəsində işləyənlər, IT mütəxəssisləri, sürücülər və müxtəlif peşə sahibləri Almaniyada iş tapdıqdan sonra iş vizası ala bilərlər.


İş vizası üçün əsas şərtlər

İş vizası almaq üçün bir neçə əsas şərt mövcuddur. Ən vacibi Almaniyada fəaliyyət göstərən bir şirkətdən rəsmi iş təklifi və ya iş müqaviləsi almaqdır. Bundan əlavə bəzi hallarda diplom və ya peşə təhsilinin tanınması tələb oluna bilər. Bəzi sahələrdə alman dili biliyi də vacib hesab olunur.


İş vizası üçün hansı sənədlər lazımdır

İş vizasına müraciət etmək üçün adətən aşağıdakı sənədlər tələb olunur:

Etibarlı pasport
Almaniyada iş müqaviləsi
CV (Lebenslauf)
Diplom və ya peşə sənədləri
Diplom tanınması sənədi (lazım olan sahələrdə)
Biometrik şəkil
Viza ərizə forması

Sənədlər səfirliyə təqdim olunmazdan əvvəl düzgün hazırlanmalı və rəsmi tərcümə edilməlidir.


İş vizasına necə müraciət edilir

İş vizası üçün proses adətən bir neçə mərhələdən ibarət olur. İlk mərhələdə Almaniyada iş tapmaq lazımdır. Daha sonra işəgötürən şirkət tərəfindən iş müqaviləsi təqdim edilir. Bu müqavilə ilə birlikdə lazım olan sənədlər hazırlanır və Almaniya səfirliyinə viza üçün müraciət edilir. Səfirlik sənədləri yoxladıqdan sonra qərar verir.


Almaniyada iş tapmaq üçün istifadə olunan saytlar

Almaniyada iş tapmaq üçün ən çox istifadə olunan platformalar bunlardır:

Indeed
StepStone
LinkedIn
Arbeitsagentur
Xing

Bu saytlarda müxtəlif sahələr üzrə minlərlə iş elanları yerləşdirilir və müraciət etmək mümkündür.


Almaniyaya gəldikdən sonra nə etmək lazımdır

Almaniyaya gəldikdən sonra bir neçə vacib prosedur həyata keçirilməlidir. İlk olaraq yaşadığınız ünvanda qeydiyyat (Anmeldung) edilməlidir. Daha sonra vergi nömrəsi (Steuer-ID) alınır. Bundan əlavə tibbi sığorta açılır və bəzi hallarda oturum kartı (Aufenthaltstitel) üçün müraciət edilir.


İş vizası ilə nə qədər qalmaq mümkündür

İş vizası adətən iş müqaviləsinin müddətinə uyğun verilir. Əgər iş davam edirsə, oturum icazəsini uzatmaq mümkündür. Bir neçə il Almaniyada işlədikdən sonra isə daimi oturum almaq imkanı yaranır.


İş vizası ilə ailəni gətirmək mümkündürmü

Bir çox hallarda Almaniyada işləyən şəxs müəyyən şərtlər daxilində ailə üzvlərini də yanına gətirə bilər. Bunun üçün kifayət qədər gəlir və yaşayış şəraiti olmalıdır.


İş vizası ilə bağlı vacib məsləhət

Almaniyadan gələn hər iş təklifi etibarlı olmaya bilər. Buna görə iş müqaviləsini və şirkətin real olub olmadığını yoxlamaq çox vacibdir. Bu, bir çox insanın aldanmasının qarşısını alır və düzgün qərar verməyə kömək edir.