📌 Ausbildung müddətini kimlər qısalda bilər?
Aşağıdakı hallardan ən azı biri sənə uyğundursa, müddəti qısaltmaq şansın var:
🎓 Təhsil səviyyəsi
- Yaxşı orta məktəb nəticələrin varsa
- Universitetə giriş hüququ verən diplomun varsa
👉 Bu halda müddət 2,5 il və ya 2 ilə qədər düşə bilər
💼 Əvvəlki təcrübə və ya təhsil
- Daha əvvəl başqa bir peşə öyrənmisənsə
- Universitet bitirmisənsə
👉 Müddəti 1 ilə qədər qısaltmaq mümkündür
📊 Yaxşı qiymətlər
- Berufschule-də yüksək nəticələr göstərirsənsə
👉 İmtahana 6 ay tez girib daha tez bitirə bilərsən
🧑 Yaş faktoru
- 21 yaş və ya daha böyüksənsə
👉 Bəzi hallarda müddəti qısaltmaq mümkündür
📄 Lazım olan sənədlər
Müraciət üçün adətən bu sənədlər tələb olunur:
- Ausbildung müqaviləsi
- Məktəb və ya universitet diplomu
- Qiymət cədvəlləri
- CV (Lebenslauf)
- İşəgötürənin razılığı
- Rəsmi müraciət forması
⚠️ Vacib məqam
Ausbildung müddətini qısaltmaq hüququ olsa da,
son qərarı həmişə IHK və ya Handwerkskammer verir.
🚀 Sənə necə kömək edə bilərəm?
Əgər:
- Almaniyada Ausbildung tapmaq istəyirsənsə
- CV və motivasiya məktubu hazırlaya bilmirsənsə
- Müraciət prosesini bilmirsənsə
👉 Bu prosesdə sənə peşəkar şəkildə dəstək oluram