1. İlk işin nömrə almaq olsun
Birinci gün elə ən vacib şey budur.
Marketə gir (Aldi, Lidl və s.) ucuz bir sim kart al.
Çünki:
- Kiməsə yazmaq üçün internet lazım olacaq
- İş yerləri ilə əlaqə saxlayacaqsan
- Termin götürəcəksən
Nömrəsiz qalmaq səni çox geri salır, bunu demiş olum.
2. Qaldığın yeri qeydiyyata sal (Anmeldung)
Bunu etmədən Almaniyada “yox kimisən”.
Bank, sığorta, iş — hamısı bununla bağlıdır.
Ona görə gecikdirmə, imkan olan kimi termin al.
3. Bank hesabı aç
Pul məsələləri üçün vacibdir. Maaş, kart, ödəniş — hamısı burdan gedir.
4. Sığortanı düzəlt
Almaniyada sığorta çox ciddi məsələdir.
İşə başlamamış belə olsa, bunu gecikdirmə.
5. Vergi nömrəsi və digər sənədlər
Anmeldung etdikdən sonra gəlir, amma diqqətdə saxla.
Bəzən gecikir, yoxla.
6. İş / Ausbildung məsələsini aktiv et
Əgər əvvəlcədən tapmısansa — super, başla.
Yoxdursa, elə ilk günlərdən axtarışa başla.
Gözləmə — burada gözləyən uduzur.
7. Ortama alış
İlk günlər çətin gələcək, normaldır.
Nəqliyyat, marketlər, qaydalar — hamısını yavaş-yavaş öyrənəcəksən.
Səmimi deyim
Almaniya çətin deyil… sadəcə sistemi bilməyənə çətin gəlir.
Əgər nəyi nə vaxt edəcəyini bilsən:
- vaxt itirməzsən
- pul itirməzsən
- stress yaşamazsan