Mən Almaniyada yaşayan bir Azərbaycanlıyam və bu yolu özüm keçmişəm. Yeni ölkə, yeni sistem, yeni qaydalar… Başlanğıcda hər şey qarışıq görünür. Haradan başlamaq lazımdır, hansı sənədlər lazımdır, iş necə tapılır – bu suallar demək olar ki, hər kəsin ağlından keçir.
“Almaniyada 1 Mann” məhz bu səbəbdən yaranıb. Məqsədim Almaniyaya gəlmək istəyən və ya artıq burada olan insanlara real təcrübəyə əsaslanan, doğru və aydın məlumatlar təqdim etməkdir. Çünki yanlış məlumat bəzən insanın vaxtını, pulunu və fürsətlərini itirməsinə səbəb olur.
Burada Almaniyada iş tapmaq, sənədləşmə prosesləri, gündəlik həyat və yeni gələnlərin ən çox etdiyi səhvlər haqqında faydalı məlumatlar paylaşılır.
Qürbətdə yol tapmaq bəzən çətin olur. Amma doğru məlumat və düzgün istiqamət bu yolu daha asan edir. “Almaniyada 1 Mann” da məhz bu məqsədlə yaradılıb.
